Ölkəyə səs salan qandonduran qətl | Öldürülən məktəbliyə görə təcili tədbir
Yeniliklərdən dərhal xəbərdar olun
Tacikistanın Xarici İşlər Nazirliyi Moskvaətrafı Odintsovo şəhərində 10 yaşlı tacik məktəblinin dünən qətlə yetirilməsi ilə əlaqədar Rusiyanın ölkədəki səfiri Semyon Qriqoryevi çağırıb.
Bu barədə Nazirliyin bəyanatında bildirilib.
"Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu faciəli hadisənin dərhal, obyektiv və qərəzsiz araşdırılması və bütün əlaqəli şəxslərin qanunun tam sərtliyi ilə məsuliyyətə cəlb edilməsi tələbi ilə nota təqdim edilib", – deyə bəyanatda qeyd edilib.
Xarici İşlər Nazirliyi həmçinin qətli qətiyyətlə pisləyib və həlak olan məktəblinin ailəsinə və yaxınlarına dərin başsağlığı verib.
Xatırladaq ki, hadisə dekabrın 16-sı səhər saatlarında Moskva vilayətinin Odintsovo şəhər dairəsinin Qorki-2 qəsəbəsindəki Uspenski orta məktəbinin ərazisində baş verib. 9-cu sinif şagirdi tədris müəssisəsinə bıçaq gətirib, mühafizəçini yaralayıb, qaz balonu atıb və sonra 10 yaşlı şagirdə ölümcül bıçaq zərbəsi endirib. Hücum edən şəxs saxlanılıb.
#Tacikistan teqi istifadə olunub
- İlham Əliyev Tacikistan Prezidentini qəbul edib - Baku TV
- Ticarətdən bərpaolunan enerjiyə qədər | İki ölkə yeni əməkdaşlıq imkanları axtarır - Baku TV
- Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV
- Bakıda Tacikistanın müstəqilliyinin 35-ci ildönümünə aid təntənəli tədbir keçirilib - Baku TV
- Dörd ölkənin liderləri yeni idman obyektinin açılış mərasimində bir araya gəlib - Baku TV
