Ona nifrət etmirəm | Slovakiya Baş naziri sui-qəsddən ilk dəfə danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.
Hökumət rəhbəri onu öldürməyə cəhd edən şəxsi bağışladığını və ona nifrət etmədiyini bildirib.
“Mayın 15-də müxalifət fəallarından biri məni siyasi düşüncəmə görə öldürməyə cəhd etdi. Ruzvelt Xəstəxanasının həkim komandası baş verə biləcək bədbəxt bir hadisənin qarşısını aldı. İndi mənim üçün ilk addımın atılması vaxtı gəlib çatıb. Bu isə bağışlamaqdır. Məni vuran şəxsə qarşı içimdə nifrət hissi yoxdur. Mən ona qarşı heç bir qanuni addım atmayacağam və ya zərərin ödənilməsi üçün kompensasiya tələb etməyəcəyəm. Etiraf edirəm ki, mənim idarə etdiyim hökumət mükəmməl səviyyədə olmayıb. Bir çox məsələ başqa cür edilə bilərdi. Bildiyim tək şey odur ki, heç bir əsaslı səbəb olmadan rəqibini həbs etmək və ya qəsdən öldürmək kimi bir seçim ola bilməz. Əgər belə davam edərsə, hamınızın şahidi olduğu 15 may qurbanlarının sayı daha da artacaq. Mən buna bir an belə şübhə etmirəm”, – deyə Baş nazir bildirib.
#Slovakiya teqi istifadə olunub
- Slovakiyada maraqlı sorğu: əhali Bakının "Dünya İdman Paytaxtı" seçilməsindən xəbərdardır? - Baku TV
- İdmançılarımız hansı nəticələri əldə ediblər?
- Dünya çempionatının son günündən ən diqqətçəkən nəticələr - Baku TV
- Azərbaycanlı idmançıların ümumilikdə 3 medalı var
- Bratislavada güləş üzrə U20 dünya çempionatı keçirilir - Baku TV
