Pleyeri seçin:
Ordu hərəkətə keçdi, döyüşlər şiddətləndi | Kamboca-Tailand sərhədində gərginlik pik həddə
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kamboca Ordusu Tailandla sərhəddə iki məbədi ələ keçirib.
Bu barədə Kamboca Müdafiə Nazirliyi məlumat yayıb.
“Tailandla şiddətli döyüşlərdə Ordumuz ölkəmizin suveren ərazisi olan Ta Krabey və Ta Moan Tom məbədlərini, eləcə də Mom Bei bölgəsini ələ keçirib”, – deyə Nazirlikdən bildirilib.
Nazirlik Tailand Ordusunu qəsdən mülki insanların yaşadığı yerlərə atəş açmaqda da ittiham edib. Kamboca tərəfinin itkiləri ilə bağlı hələlik məlumat verilməyib.
Tailand Səhiyyə Nazirliyi isə 12 tailandlının öldüyünü və 31 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, hər iki ölkə bir-birini atəş açmaqda günahlandırır və qarşı tərəfin sərhəd zonasında yerləşən hərbi obyektlərə zərbələr endirir.
Kopyalandı
#Kamboca teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Zelenski Trampın planına qarşı çıxdı? | Sergey Lavrovdan sərt açıqlama - YENİ BİR SƏHƏR
- Biznes forumunda iki ölkənin investisiya imkanlarından danışılıb - Baku TV
- Azərbaycan və Kamboca beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək əzmindədir - Baku TV
- Kambocanın Baş naziri logistika barədə danışdı - Baku TV
