Otuz günlük atəşkəs sülhə bir şans verə bilər | Zelenskidən vacib açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya ordusu ümumi atəşkəs təəssüratı yaratmağa çalışır, lakin irəliləmək və Ukraynaya itki vermək cəhdlərindən əl çəkmir”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
“Aprelin 19-u saat 18:00-dan aprelin 20-si saat 00:00-a qədər Rusiya ordusu 387 dəfə atəş açıb və 19 dəfə hücum edib. Rusiyalılar 290 dəfə pilotsuz təyyarələrdən istifadə edib”, – Zelenski “atəşkəs” zamanı cəbhədəki vəziyyətlə bağlı bildirib.
Ukrayna lideri əlavə edib ki, əgər Rusiya doğrudan da tam və qeyd-şərtsiz atəşkəsə hazırdırsa, Kiyev bu təklifi “güzgü prinsipi” ilə cavablandıracaq:
“Əgər indi Rusiya doğrudan da tam və qeyd-şərtsiz sakitliyə razıdırsa, Ukrayna da eyni şəkildə cavab verəcək. Sakitliyə sakitlik, zərbəyə müdafiə üçün zərbə ilə cavab veriləcək. Bu, Rusiyanın əsl niyyətlərini üzə çıxaracaq. Çünki 30 saat etimadı möhkəmləndirəcək real addımlar üçün kifayət etmir. Otuz günlük atəşkəs isə sülhə bir şans verə bilər”.
Zelenskinin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən 30 günlük qeyd-şərtsiz atəşkəs təşəbbüsü artıq 39 gündür ki, Rusiya tərəfindən cavabsız qalır: “ABŞ bu təşəbbüsü irəli sürdü, Ukrayna onu müsbət qarşıladı, Rusiya isə sadəcə susdu”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
