Pleyeri seçin:

"Öz gələcəklərinə qərar vermək onların hüququdur" | Önəmli açıqlama

14 yanvar 2026 1068 baxış

“Rumıniya Moldova ilə birləşmək məsələsini ciddi şəkildə müzakirə etməyə hazırdır”.

Bunu Rumıniya Prezidentinin müşaviri Yevgen Tomak bildirib.

“Prut çayının hansı tərəfində yaşamasından asılı olmayaraq hər bir vicdanlı rumın iki dövlətin birləşməsi məsələsinə təbii proses kimi baxır”, – Tomak vurğulayıb.

O xatırladıb ki, Rumıniya 2018-ci ildən etibarən parlamentdə əleyhinə bir səs belə olmadan qəbul edilmiş bəyannamə ilə bu məsələni müzakirə etməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib:

“Bu, Rumıniya dövlətinin rəsmi mövqeyidir və dəyişməyib”.

Y.Tomakın sözlərinə görə, Rumıniya istənilən vaxt danışıqlar masasına əyləşməyə və bu ssenarini ciddi şəkildə müzakirə etməyə hazırdır, amma yalnız o halda ki, Moldova bunu mümkün variant kimi nəzərdən keçirsin:

“Öz gələcəklərinə qərar vermək onların hüququdur”.

Rumıniyanın birləşmə ssenarisinə Avropa İttifaqı, NATO və ABŞ-nin yanaşmasına gəlincə isə Tomak deyib ki, bütün tərəfdaşlar Rumıniya və Moldovada eyni xalqın yaşadığını bilirlər.

Moldova Prezidenti Maya Sandu bundan əvvəl bəyan edib ki, əgər bu məsələ nə vaxtsa referendumda gündəmə gəlsə, Rumıniya ilə birləşmənin lehinə səs verərdi.

Moldova lideri vurğulayıb ki, ölkəsi üçün müstəqil şəkildə ayaqda qalmaq getdikcə daha çətinləşir.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 1068 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 1068 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 1068 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 1068 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 1068 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 1068 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 1068 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 1068 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 1068 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 1068 baxış
Seçilmişlər
icon