Pakistan Əfqanıstan ərazilərinə hava zərbələri endirdi | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan Əfqanıstanın Xost və Paktika əyalətlərinə hava zərbələri endirib.
Bu barədə məlumatı xarici media paylaşıb.
Bildirilib ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla ümumilikdə 8 nəfər həlak olub.
“Taliban” sözçüsü Əfqanıstan torpaqlarına edilən hücumu “qətiyyətlə” pisləyib və bunu ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. Pakistan tərəfi isə bunu qisas adlandırıb.
Belə ki, bir müddət öncə Əfqanıstan Silahlı Qüvvələri Pakistan hava məkanını pozaraq sərhədyanı bölgələrə aviazərbələr endirib. Hücum nəticəsində 7 pakistanlı hərbçi həlak olub.
Ölkə Prezidenti Asif Əli Zərdari isə bu hadisənin cavabsız qalmayacağını vəd edərək qisas alacaqlarını bildirib.
Xatırladaq ki, “Taliban” 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra iki ölkə arasında sərhəd gərginliyi artıb. Pakistan Silahlı Qüvvələrindən dəfələrlə mediaya verilən açıqlamalarda bildirilib ki, İslamabad şəhəri başda olmaqla bütün ölkə ərazisi silahlı qruplaşmalar tərəfindən müntəzəm olaraq hücumlara məruz qalır.
#Əfqanıstan teqi istifadə olunub
- 20 nəfər ölüb, 100-dən çox insan itkin düşüb
- 100-dən çox insan itkin düşdü, azı 20 nəfər öldü | Əfqanıstanda fəlakət - Baku TV CANLI
- Ölkə “dünyanın ən çox laqeyd yanaşılan böhranları” siyahısına daxil edilib
- Pakistanın şimal-qərbində genişmiqyaslı antiterror əməliyyatı keçirildi - Baku TV CANLI
- Pakistanın zərbələri nəticəsində 400-dən çox şəxs ölüb
