Pakistan Silahlı Qüvvələrinin komandanı Tehranda Pezeşkianla görüşdü
Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir Tehrana rəsmi səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb. Baku TV-nin məlumatına görə, aprelin 16-da baş tutan bu görüşdə regionda davamlı sülhün bərqərar olması və ABŞ-İran münasibətlərindəki gərginliyin azaldılması üçün Pakistanın vasitəçilik səyləri müzakirə olunub. Pezeşkian Pakistanın atəşkəs naminə göstərdiyi diplomatik rolu yüksək qiymətləndirib, eyni zamanda ABŞ və İsrailin siyasətini sərt tənqid edərək milli maraqların qorunacağını vurğulayıb. Görüşdə həmçinin hərbi və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq, İslamabad danışıqlarının ikinci mərhələsi və Hörmüz boğazı ətrafındakı vəziyyət barədə fikir mübadiləsi aparılıb. Videoda Pakistanın regionda "sülh elçisi" roluna dair hərbi analitiklərin şərhləri və Tehran görüşünün pərdəarxası məqamları təqdim olunur.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Pezeşkianla görüşdə Putin hansı mesajları verdi? - Baku TV
- Rusiya İrana necə kömək edəcək? | Putindən İrana dəstək mesajı - Baku TV CANLI
- İranın yeni müdafiə naziri ölkənin hərbi siyasətini necə dəyişə bilər? - Baku TV
- İranın ABŞ ilə münasibətlərindəki problemlər müzakirə olunur
- Tehran görüşündə enerji və infrastruktur layihələri gündəmə gətirildi - Baku TV
