Vaşinqton Tehrana qarşı hansı yeni ssenarini hazırlayır? - Baku TV
Yaxın Şərqdə vəziyyət paradoksal xarakter alıb.
ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməyəcəyi ilə bağlı ehtiyatlı mesajlar versə də, Vaşinqtonun bölgədə hərbi qüvvələrini gücləndirməsi yeni toqquşma ehtimalını gündəmdə saxlayır. İran isə mümkün hücumlara qarşı hazırlıqlı olduğunu bəyan edir.
Politoloq Rəşad Bayramov Baku TV-yə açıqlamasında bildirib ki, müharibənin əsas səbəbləri aradan qalxmayıb və diplomatik danışıqlar nəticə verməsə, hərbi əməliyyatların yenidən başlaması mümkündür.
“Müharibənin başlama səbəbləri böyük ölçüdə aradan qaldırılmayıb. Hətta hərbi əməliyyatlardan əvvəl mövcud olmayan yeni bir problem – Hörmüz boğazı məsələsi də ortaya çıxıb. Sülh danışıqları nəticə verməsə, hərbi əməliyyatlar bu və ya digər şəkildə davam edə bilər”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-də müşahidə olunan qiymət artımları, siyasi fikir ayrılıqları və Trampın reytinqindəki geriləmə Vaşinqtonun hərbi əməliyyatlarla bağlı qərarlarına təsir göstərir. Bununla belə, bölgəyə əlavə qüvvələrin göndərilməsi həm İranı çəkindirmək, həm də mümkün hərbi əməliyyatlara daha hazırlıqlı olmaq məqsədi daşıyır.
“Yeni qüvvələrin bölgəyə göndərilməsi iki məqsədə xidmət edir. Birincisi, İranı çəkindirmək və qarşıya qoyulan şərtləri qəbul etməyə məcbur etməkdir. İkincisi isə mümkün hərbi əməliyyatlar zamanı ABŞ-nin daha hazırlıqlı olmasıdır”, – Rəşad Bayramov qeyd edib.
#Rəşad Bayramov teqi istifadə olunub
- Rusiya Pezidenti "Valday"da hansı mesajları verdi?
- Vaşinqtonun hərbi yardım paketində “Patriot” raketləri nəzərdə tutulmayıb - Baku TV
- Əbu-Dabidə üçtərəfli görüş keçirilə bilər
- Onlara "ev-iş-ev" formatında yaşamaq təklif olunacaq
- 100 min əcnəbi ölkəni tərk etdi | Rusiyadan kütləvi gedişin əsas səbəbi nədir? - Baku TV
