Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb
ABŞ hakimiyyəti İran neftinin və neft məhsullarının daşınması və satışı ilə əlaqəli olduğu, Amerika tərəfinin məlumatına görə, 17 gəmi və bir sıra şirkətə qarşı məhdudiyyətlər tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, nazirlik milyonlarla barel İran nefti, yanacağı və neft məhsullarının Cənubi və Şərqi Asiyanın müxtəlif bazarlarına daşınması üçün istifadə edilən “kölgə donanmasına” məxsus 17 gəmiyə qarşı” məhdudiyyətlər tətbiq edir. Onların arasında Çin, Böyük Britaniya və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlərə məxsus tankerlər də var.
Vaşinqton administrasiyasının fikrincə, İranın neft-kimya sənayesi ilə əlaqəli olan təxminən 20 şirkətə qarşı da sanksiyalar tətbiq edilib. Onların arasında Böyük Britaniya, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Marşall adalarında qeydiyyatdan keçmiş şirkətlər var.
“Bu gün atılan addımlar İranın “kölgə donanmasının” qalan şəbəkəsinin böyük hissəsini faktiki olaraq zərərsizləşdirir”, – deyə ABŞ Maliyyə Nazirliyindən bildirilib.
Qurumun nümayəndəsi həmçinin jurnalistlərə bildirib ki, İran neft ticarəti aparmaq imkanını, demək olar ki, itirib.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi
- İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar bərpa edilir? - Baku TV CANLI
- Hörmüz boğazında gərginlik pik həddə çatıb
- İranla baş verən gərginlik ABŞ-ni çıxılmaz vəziyyətdə qoyub? - Baku TV CANLI
- Donald Trampdan İran və Ukrayna ilə bağlı açıqlama
