Pakistan təhdid edildi | Hind çayının suları barədə müqavilə bərpa edilməyəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan Pakistanın terrorçuluğu dəstəkləmədiyindən əmin olanadək Hind çayının suları haqqında müqavilənin bərpa olunmayacağını bəyan edib.
TASS agentliyinin məlumatına görə, bu bəyanatı Hindistan xarici işlər naziri Subramaniam Cayşankar parlamentin yuxarı palatasında "Sindur" əməliyyatına həsr olunmuş müzakirələr zamanı səsləndirib.
Onun sözlərinə görə, bu müqavilə "dostluq niyyəti ilə imzalanmışdı", lakin 1960-cı ildən bəri bu sazişin ruhunu sarsıdan çoxsaylı hadisələr baş verib.
Qeyd edək ki, 1960-cı ildə imzalanmış sazişə əsasən, Pakistan Hind çayı və onun əsas qolları üzərində nəzarət hüququ əldə edib. Aprelin 22-də Cammu və Kəşmirdə baş verən terror aktından sonra Hindistanın Xarici İşlər Nazirliyi müqavilənin icrasının dərhal dayandırıldığını elan edib.
#Hindistan teqi istifadə olunub
- "Pirelli" təqvimində Hindistan gözəlliyi
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
