Pakistan vasitəçi olaraq qalacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
İran və ABŞ arasında aparılan danışıqların rəsmi vasitəçisi hələ də Pakistandır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyasına müsahibəsində bildirib.
Mətbuat katibi qeyd edib ki, son günlər intensivləşən diplomatik təmasların əsas məqsədi müharibənin dayandırılmasıdır.
“Hazırkı mərhələdə nüvə məsələlərinin müzakirəsi nəzərdə tutulmur. Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılması xüsusi həssaslıq tələb edir. İranın tətbiq etdiyi dəniz blokadası da əsas müzakirə mövzularından biridir. Tehran hazırda diqqətini müharibənin dayandırılmasına yönəldib. ABŞ-nin tələbləri isə maksimalist xarakter daşıyır, lakin İranın nüvə məsələsi ilə bağlı mövqeyi dəyişməz qalır. İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvüdür və dinc məqsədlərlə nüvə enerjisindən istifadə hüququna malikdir”, – deyə XİN-in sözçüsü bildirib.
Bəqainin sözlərinə görə, hazırda bir çox ölkə müharibənin dayandırılmasına yardım göstərməyə çalışır, lakin rəsmi vasitəçi statusu hələ də Pakistana məxsusdur.
O, sonda qeyd edib ki, İranla ABŞ arasında fikir ayrılıqları dərin olaraq qalır və bir neçə görüşlə yekun razılaşmanın əldə olunacağını söyləmək mümkün deyil.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- İran ABŞ-yə şərt qoydu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
- Tehran görüşündə TRIPP-in region üçün yaratdığı imkanlar müzakirə edildi - Baku TV
