Pakistan Xarici İşlər Nazirliyi bəyanat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan İranın bu ölkəyə əsassız hücumlarının ardından Tehrandakı səfirini geri çağırıb.
Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra Bəluç məlumat verib.
Bildirib ki, İslamabad hazırda İranda səfərdə olan İranın Pakistandakı nümayəndəsini də ölkəyə geri buraxmayacaq:
“Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır və bunun nəticələrinə görə məsuliyyət tamamilə İranın üzərinə düşəcək. Biz bu mesajı İran hökumətinə çatdırdıq. Pakistanın İrandakı səfirini geri çağırmaq qərarına gəldiyini və hazırda İranda səfərdə olan İranın Pakistandakı səfirinin də hələlik geri qayıtmamasını onlara bildirdik.
Biz həmçinin yaxın günlərdə Pakistan və İran arasında davam edən və ya planlaşdırılan bütün yüksək səviyyəli səfərləri də dayandırmaq qərarına gəlmişik”.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
