Pakistandan ölən zəvvarlarla bağlı təcili tapşırıq | Qəzanın səbəbi bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
İranda pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 15 nəfər yaralanıb.
Hadisə avqustun 20-də axşam saatlarında Yəzd əyalətində baş verib.
Yerli medianın məlumatına görə, qəzaya əyləc sisteminin texniki nasazlığı səbəb olub.
Baş verən hadisə ilə bağlı Pakistan Prezidenti Asif Əli Zərdari Xarici İşlər Nazirliyinə həlak olanların meyitlərinin vətənə çatdırılması ilə bağlı tapşırıqlar verib.
Ölkənin Baş naziri Şahbaz Şərif də qəza ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində yaşanan insan tələfatı bizi dərindən kədərləndi. Bütün fikrim həlak olan şəxslərin ailələri ilədir. Yaralıların tez bir zamanda sağalmasını diləyirəm. Tehrandakı missiyamıza zərərçəkən ailələrə hər cür yardım göstərməyi tapşırmışam”, – deyə hökumət rəhbəri paylaşımda qeyd edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
