Pakistanın Baş nazirindən yeni təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Baş naziri Şahbaz Şərif Əfqanıstana danışıqların yeni raundunun keçirilməsini təklif edib.
Bu barədə Pakistan hökuməti açıqlama yayıb.
"Biz regionda sülh və sabitlik istəyirik. Əfqanıstan anlamalıdır ki, bizim üçün yaxşı olan onlar üçün də yaxşıdır. Vəd verib sonra onu yerinə yetirməmək olmaz", ‒ deyə Baş nazir bildirib.
Bu təklif Pakistan ərazisində son zamanlar baş vermiş hücumlarla əlaqədar irəli sürülüb. Hökumət başçısının sözlərinə görə, həmin hücumlarda "əfqan izi" müşahidə olunub.
Bundan əvvəl Pakistanla Əfqanıstan təhlükəsizlik və sərhəd məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər. Yeni görüşün İstanbulda Türkiyə və Qətərin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılır. Tərəflər daha əvvəl Dohada razılaşdırılmış atəşkəs rejiminin icrasını müzakirə edəcəklər.
Bu danışıqlar iki ölkə arasında sərhəd gərginliyinin azaldılması, transmilli terrorizmlə mübarizə və iqtisadi-humanitar əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
#Şahbaz Şərif teqi istifadə olunub
- Ərdoğanla Şahbaz Şərif birgə mətbuat konfransı keçiriblər
- İslamabaddan vacib diplomatik addım | Şahbaz Şərif İran və Türkiyəyə niyə gedir? - Baku TV CANLI
- Pezeşkian İslamabadda ABŞ ilə əldə olunan razılaşmanı müzakirə edəcək
- İsveçrədə kritik görüş | Şərif və Munirin də iştirakı gözlənilir - Baku TV
- Pakistanın Baş naziri İranla bağlı vacib paylaşımını niyə yenilədi?
