Pakistanın keçmiş lideri ölüm təhlükəsi barədə xəbərdarlıq etdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın sabiq baş naziri, 2023-cü ildən bəri həbsdə olan İmran Xan səhhətinin pisləşməsi səbəbindən həbsxanadan sağ çıxa bilməyəcəyini bildirərək, təcili tibbi yardım üçün müraciət edib.
Bu barədə onun Pakistan Ali Məhkəməsinin sədrinə göndərdiyi məktubda deyilir.
74 yaşlı siyasətçinin sözlərinə görə, həkimlər onu beyin qanaması və ürək dayanmasına qarşı yüksək həssaslığı barədə xəbərdar ediblər.
Xan həmçinin vurğulayıb ki, onun həbsdə olan həyat yoldaşı Büşra Bibi görmə qabiliyyətini həmişəlik itirə bilər. O qeyd edib ki, məhz bu hal onu məktub yazmağa sövq edib.
Sabiq baş nazir əlavə edib ki, uzun müddət təkadamlıq kamerada saxlanılması onun psixi sağlamlığına mənfi təsir göstərib.
Pakistan hakimiyyəti ötən həftə Xanın gözlərinin müayinəsi üçün xəstəxanaya aparıldığını, bundan sonra isə yenidən kameraya qaytarıldığını bildirib.
2022-ci ildə etimadsızlıq səsverməsi nəticəsində baş nazir postunu itirdikdən sonra İmran Xan çoxsaylı korrupsiya ittihamları ilə üzləşib. Ona qarşı çıxarılan, biri istisna olmaqla, bütün ittiham hökmləri dayandırılıb və ya ləğv edilib, onlarla bağlı apellyasiya şikayətlərinə baxılır. Xan günahını inkar edir və ittihamların siyasi motivli olduğunu iddia edir. Hökumət bu iddiaları rədd edir.
#Pakistan teqi istifadə olunub
- Beyin qanaması və infarkt riski | İmran Xanın həyatı ciddi təhlükə altındadır - Baku TV CANLI
- Qanunsuz hasilata qarşı əməliyyat qanlı hücumla nəticələndi
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
