Pakistanla Çin arasındakı yolun bağlanma səbəbi
Pakistan polisi Məhəmməd peyğəmbəri təhqir etməkdə şübhəli bilinən Çin vətəndaşını həbs edib.
Həmin şəxs ölkənin şimal-qərbindəki su elektrik stansiyasının tikintisində işləyən texnikdir. Onun adı açıqlanmır.
Çinli barədə iddia 2 pakistanlı işçi tərəfindən bazar günü polisə təqdim edilib. Bundan sonra su elektrik stansiyasının tikinti meydançasında iğtişaşlar baş verib. Bu zaman yerli sakinlər tikinti şirkətinin əmlakına ziyan vurub, Pakistan və Çini birləşdirən strateji əhəmiyyətli yüksək hündürlükdə yerləşən Qarakoram şosesində nəqliyyatın hərəkətini dayandırıb.
Təhlükəsizlik məqsədilə həbs edilən Çin vətəndaşı ordu helikopteri ilə istintaqın olacağı Abbottabad şəhərinə aparılıb. O, tezliklə yerli məhkəmə qarşısına çıxacaq.
Qeyd edək ki, dini müqəddəslərini təhqir etmək Pakistanda ən ağır cinayətlərdən biri hesab olunur və günahkar olanlar ciddi şəkildə cəzalandırılır.
#Pakistan teqi istifadə olunub
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
