Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiyanın Xarici İşlər Nazirliyi Fransanı etirazçılara qarşı əsassız zorakılıqdan çəkinməyə və Yeni Kaledoniyanın yerli əhalisinin hüquq və azadlıqlarının qorunmasını təmin etməyə çağırır”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, ictimai narazılığın artmasının səbəbi 1998-ci ildən bəri Yeni Kaledoniyada mövcud olan yerli seçki qaydasının dəyişdirilməsini nəzərdə tutan və bu adada 10 ildən çox yaşayan hər kəsə səsvermə hüququ tanıyan qanun layihəsinin Fransa parlamentində müzakirəsinin planlaşdırılmasıdır.
“Bu qanun layihəsi Parisin səbəbsiz olaraq kanakları öz müqəddəratını təyinetmə hüququndan tam məhrum etmək, müstəqillik tərəfdarlarının mövqelərini pozmaq cəhdini güdür”, – deyə Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Yeni Kaledoniyadakı böhran göstərir ki, Fransanın dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasəti hazırda dalana dirənir.
“Rusiya xarici dövlətlərin daxili işlərinə qarışmır. Bu üsul daha çox Qərb və Fransa üçün xarakterikdir. Yelisey sarayı başqalarına dərs keçmək əvəzinə öz dərin problemlərinə nəzər yetirməli idi”, – deyə M.Zaxarova əlavə edib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
