Paşinyan dilinin bəlasına düşdü: Rusiyadan sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışından sonra Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinə “qapalı” mətn göndərib.
Bu barədə “Past” qəzeti məlumat yayıb. Qəzetin diplomatik qaynağının bildirdiyinə görə, Rusiya həmin mətndə Ermənistan Baş nazirinin nitqinə kəskin notlarla reaksiya verib.
“Dünən bütün gün Ermənistan Xarici İşlər Nazirliyinin ofisində əsas müzakirə mövzusu məhz bu məktubla bağlı olub. Çünki bu sahənin ekspertləri N.Paşinyanın çıxışının sətiraltı mətnlərində, əslində, hansı risklərin gizləndiyini anlayırlar. Gələn xəbərlərə görə, Nikol Paşinyanın çıxışından sonra Ermənistanın Rusiyadakı səfiri ilə müəyyən xəbərdarlıqlar və hədələrlə dolu “söhbət” də aparılıb”, – deyə xəbərdə qeyd olunub.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
