Paşinyan Ermənistanı məhvə aparır | Simonyanın sözləri qalmaqal yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Soçi şəhərində keçirilən Dünya Gənclər Forumu zamanı rusiyalı təbliğatçı Marqarita Simonyanın Ermənistan Baş naziri Nikol Paşinyan haqda təhqiramiz sözləri qalmaqala səbəb olub.
Erməni mediası Simonyanın Paşinyanı “xain” adlandırmasından sonra forumda iştirak edən erməni gənclərin əsəbiləşdiyini və etiraz əlaməti olaraq forum başa çatmamış Ermənistana qayıtdığını qeyd edib.
Qalmaqal isə belə başlayıb: M.Simonyan Ermənistanda rus sərhədçilərin "Zvartnots" Hava Limanından çıxarılması ilə bağlı səsləndirilən bəyanatlara və ümumiyyətlə anti-Rusiya əhvali-ruhiyyəsi haqda danışıb. Forumda iştirak edən erməni qız isə “Belə bir vəziyyətdə erməni gənclər nə etməlidir?” sualını verib.
“Ermənistan gəncləri bilməlidir ki, Paşinyan satqındır və Ermənistanı tam məhvə aparır. O, hakimiyyətdə qalmaqda və erməni cəmiyyəti də onu dəstəkləməkdə davam etsə, Qarabağ kimi 5 il ərzində Ermənistan da ümumiyyətlə mövcud olmayacaq”, – Simonyan deyib.
Qeyd edək ki, Ermənistan nümayəndə heyətinin tərkibinə gənclər və idman nazirinin müavini Artur Martirosyan, deputat, rus icmasının nümayəndəsi Aleksey Sandıkov və digər rəsmi şəxslər daxil imiş. Bildirilir ki, Marqarita Simonyanın bu təhqirlərindən sonra erməni parlamentinin sədri Alen Simonyan Sandıkovla əlaqə saxlayıb və onun geri qayıtmasını tələb edib. Sandıkov bununla bağlı mediaya açıqlamasında deyib: “Kimin zəng edib geri çağırmasının nə əhəmiyyəti var?”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
