Pleyeri seçin:
Paşinyandan kilsəyə hörmətsizlik
Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin rəhbərliyi ilə İrəvanda Müqəddəs Qriqori kilsəsində keçirilən Milad mərasimində iştirak etməyib.
Ümumiyyətlə, mərasimə hökumətin heç bir nümayəndəsi qatılmayıb. Ölkə prezidenti Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyan da dini ayinə gəlməyi lazım bilməyib. Yerli KİV hökumətin bu davranışını Erməni Apostol Kilsəsinə hörmətsizlik kimi qiymətləndirib.
“Artıq 3-cü ildir ki, hakimiyyət Milad mərasiminə qatılmır, bu da Apostol Kilsəsinə, bütün ermənilərin katolikosuna böyük hörmətsizlikdir”, - deyə “Hraparak” qəzeti yazıb.
Hökumət nümayəndələri isə heç bir dəvət almadıqlarını və buna görə də mərasimdə iştirak etmədiklərini iddia ediblər.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Paşinyan Azərbaycanla sərhəddə yerləşən anklavlarla bağlı açıqlama verdi - Baku TV CANLI
- "İstəyirlər qalsınlar, istəyirlər getsinlər" | Alen Simonyan
- "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib" | İlham Əliyev - Baku TV
- "Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV
- ABŞ-də seçki, İranda gərginlik: TRIPP üçün risklər artır - AKTUAL GÜNDƏM
