Paşinyanın erməni xalqını aldatdığı sübut olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin İctimai Radiosuna müsahibəsi ölkədə müzakirələrə səbəb olub.
Veriliş radio da daxil olmaqla hökumət rəhbərinin səhifəsində birbaşa yayımlansa da, sonradan məlum olub ki, intervü əslində canlı olmayıb. Bunu isə yerli kütləvi informasiya vasitələrindən biri sübut edib.
Belə ki, media orqanının əməkdaşları həmin vaxt sözügedən radionun yerləşdiyi məkana gedib və orada gözlənilməz mənzərə ilə qarşılaşıb. Onlar İctimai Radionun binasında qarovulçulardan başqa heç kimi görməyiblər.
Hadisədən sonra yerli mediada məsələ ilə bağlı müxtəlif versiyalar da təqdim edilib. Bəziləri Paşinyanın bu hərəkətini tənqid etsə də, bir qismi isə normal hesab edib. Onlar qeyd edirlər ki, verilişin əvvəlcədən çəkilməsi Baş nazirin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqəli ola bilər.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
