Paşinyanın planı "əlində partladı” | Putinlə görüşündə bu məsələyə nöqtə qoyuldu!
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə baş tutan görüş rəsmi İrəvanın Metsamor AES-lə bağlı siyasi manevrlərinin iflası ilə nəticələnib. Paşinyanın avqust ayında Ağ Evdə Metsamor AES-in yeni enerji bloklarını ABŞ-nin inşa edəcəyi ilə bağlı əldə etdiyi ilkin razılaşma Moskva səfəri zamanı qüvvədən düşüb. Görüşdə Ermənistan tərəfi atom elektrik stansiyasının 2036-cı ilə qədər Rusiyanın "Rosatom" şirkətinin idarəçiliyində qalacağını təsdiqləməyə məcbur olub. Vladimir Putin ölkə enerjisinin üçdə birini təmin edən bu stansiyanın strateji əhəmiyyətini və iki ölkə arasındakı ticarət dövriyyəsinin 11 milyard dollarlıq rekord həddini xüsusi vurğulayıb. Region üçün "ikinci Çernobıl" təhlükəsi yaradan qəzalı vəziyyətdəki AES-in aqibəti ətrafında gedən bu geosiyasi mübarizə Paşinyanın "Qərb planı"nın "əlində partlaması" kimi qiymətləndirilir.
#Vladimir Putin teqi istifadə olunub
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Putindən sərt sözlər | Müharibə ehtimalı yenidən gündəmdə - Baku TV
- Avropa ilə müharibə ehtimalına Putindən sərt cavab - Baku TV CANLI
- Tramp-Putin-Zelenski görüşü nə vaxt baş tutacaq? | İrana qaz Azərbaycandan keçəcək? - YENİ BİR SƏHƏR
- "Putindən başqa hamı sülh istəyir" | Rusiya bu zəngə sevinir, yoxsa...? - Baku TV
