Pentaqonun mətbuat katibi Maduronun mümkün istefasından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsindən istefa verəcəyi təqdirdə plan hazırlayır.
Bu barədə Pentaqonun mətbuat katibi Kinqsli Uilson brifinq zamanı bildirib.
O, Venesuela liderinin mümkün istefası ilə bağlı sualı cavablandırarkən "Departamentin fövqəladə hallar planı var. Dünyanın hər hansı bir yerində gözlənilməz bir şey baş verərsə, cavabımız hazırdır və icra etmək əzmindəyik", – deyə bildirib.
Onun sözlərinə görə, ABŞ Ordusu bu günə qədər narkotik qruplaşmalarına qarşı 21 zərbə endirib:
"Bu günə kimi yarımkürəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi şəbəkələrinə qarşı 21 kinetik zərbə endirilib, nəticədə 82 narkoterrorçu həlak olub", – deyə mətbuat katibi vurğulayıb.
Pentaqon rəsmisi həmçinin qeyd edib ki, narkotik terrorçuların məhv edilməsi əməliyyatı yeni başlayıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
