Peskov Rusiyanın planlarını açıqladı | Müharibədə vəziyyət daha da gərginləşir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kurskda baş verənlərə görə yerli mediaya müsahibə verib.
O bildirib ki, sözügedən vilayətə edilən hücuma görə mütləq cavab veriləcək.
Kreml sözçüsü açıqlamasında Ukrayna ilə danışıqlar prosesinin aqibətinə də toxunub:
"Burada ayrıca qərardan söhbət getmir. Təbii ki, bu cür düşmənçilik hərəkətləri müvafiq olaraq cavabsız qala bilməz. Cavab mütləq olacaq. Hazırda Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib. Mediada dərc edilən danışıqların mümkünlüyü barədə rastınıza çıxan yazılar, xəbərlər də həqiqəti əks etdirmir”.
Qeyd edək ki, Ukrayna Rusiyanın Kursk vilayətinə hücum edərək bir sıra yaşayış məntəqələrini ələ keçirib. Yerli medianın məlumatına görə, sözügedən istiqamətdə onların irəliləməsinin qarşısı alınsa da, hələ də bəzi ərazilər ukraynalı hərbçilərin nəzarəti altındadır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
