Peskov Rusiyanın Suriyadakı bazalarından danışdı | Putin və Əsəd görüşə bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi qərarını Rusiya Prezidenti Vladimir Putin verib”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, B.Əsəd və ailəsinin harada olması barədə təfərrüatın açıqlanmadığını söyləyib.
“Vladimir Putinin rəsmi qrafikində Bəşər Əsədlə görüş yoxdur”, – deyən D.Peskov həmçinin qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi bazalarının taleyindən danışmaq hələ tezdir.
Onun sözlərinə görə, bu, Suriyaya rəhbərlik edəcək şəxslərlə müzakirə olunacaq mövzudur. Kremlin sözçüsü bildirib ki, Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edə biləcək şəxslərlə təmaslar qurur.
“Suriyada vəziyyət sabitləşəndən sonra Rusiya yeni hakimiyyət orqanları ilə öz ordusunun ölkədə qalmasını müzakirə etməyi planlaşdırır”, – deyə D.Peskov əlavə edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
