Peskov vacib sualı cavablandırdı | Liderlərin gözlənilən görüşü harada ola bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın görüşü Səudiyyə Ərəbistanında keçirilə bilər.
Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Belə bir variantı istisna etmək olmaz. Lakin hələlik bu məsələ ilə bağlı konkret məlumat yoxdur", – deyə Kremlin nümayəndəsi qeyd edib.
Daha əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff müsahibəsində deyib ki, ikitərəfli Rusiya-ABŞ sammiti Səudiyyə Ərəbistanında keçirilə bilər.
S.Uitkoff vurğulayıb ki, Putin və Tramp adından danışa bilməz, lakin görüşün baş verməsi üçün ən yaxşı variant budur.
Dmitri Peskov isə daha əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyası və ABŞ prezidentləri arasında qaynar xətt də qüvvədə qalır və lazım gələrsə, videorabitədən də istifadə oluna bilər.
D.Peskov qeyd edib ki, ABŞ-nin əvvəlki prezidenti Co Baydenin dövründə bu kanallardan praktiki olaraq istifadə edilmirdi.
Qeyd edək ki, Vaşinqton-Moskva qaynar xətti 1963-cü ildə Karib böhranından sonra SSRİ və ABŞ liderləri arasında təcili danışıqlar aparmaq üçün yaradılıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
