Pleyeri seçin:

Peskovdan ABŞ və Rusiya liderlərinin görüşü haqqında açıqlama

14 fevral 2025 184 baxış

“Vladimir Putin və Donald Trampın təşkil etməyə razılaşdıqları Rusiya-ABŞ sammiti onların ABŞ və Rusiyaya mümkün səfərlərindən əvvəl baş tutacaq”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Onlar qarşılıqlı dəvətnamələr mübadiləsi aparıblar. Yəni indi Prezident Trampın Rusiyaya səfər etmək üçün etibarlı dəvəti var. Rusiya Prezidentinin də Amerika Birləşmiş Ştatlarına səfər etmək üçün etibarlı dəvəti var. Başqa bir nüans da odur ki, onlar üçüncü ölkədə olduqca tez bir zamanda işgüzar görüş keçirməyə razılaşıblar”, – deyə D.Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri arasında mümkün görüş yeri kimi Ər-Riyadın adı çəkilsə də, bununla bağlı yekun qərar yoxdur.

“Ər-Riyad hər iki ölkə üçün münasibdir. Doğrudan da, Ər-Riyadın adı çəkilib, amma indiyə qədər bu məsələ ilə bağlı nə işçi səviyyəsində, nə də ən yüksək səviyyədə heç bir qərar qəbul edilməyib. Hələlik görüşün Ər-Riyadda, yoxsa başqa bir paytaxt şəhərdə olacağı məlum deyil. Belə bir görüşə hazırlaşmaq üçün vaxt lazımdır. Bu, həftələr, hətta bir neçə ay çəkə bilər”, – deyə o bildirib.

D.Peskov həmçinin qeyd edib ki, Rusiya ABŞ-ni Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqlarda əsas həmsöhbəti hesab edir.

Banner
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 184 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 184 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 184 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 184 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 184 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 184 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 184 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 184 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 184 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 184 baxış
Seçilmişlər
icon