Peskovdan ABŞ və Ukrayna arasındakı danışıqlarla bağlı açıqlama | Hələ də bunlar mümkün olmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Londonda ABŞ, Avropa ölkələri və Ukrayna arasında planlaşdırılan danışıqlarda təmsilçilik səviyyəsinin enməsi Moskvanın da diqqətindən yayınmayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov London danışıqları ilə bağlı mövcud durumu şərh edib.
Onun sözlərinə görə, bəzi məsələlər üzrə tərəflər arasında hələ də ortaq mövqe formalaşmayıb:
“Nə qədər başa düşürüksə, bir sıra məsələlər üzrə hələ də mövqeləri yaxınlaşdırmaq mümkün olmayıb".
D.Peskov əlavə edib ki, Rusiya ABŞ ilə Ukrayna məsələsi üzrə əlaqələri davam etdirir. ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya yeni səfəri ilə bağlı konkret planların olmadığı bildirilsə də, vəziyyətin daim dəyişdiyi və proseslərin hərəkətdə olduğu qeyd olunub.
Kreml sözçüsü bildirib ki, Ukraynada sülhə nail olmaq üçün çoxsaylı nüanslar mövcuddur və bu sahədə işlər davam edir. ABŞ-nin vasitəçilik cəhdlərini Moskva müsbət qiymətləndirir.
D.Peskov ABŞ rəsmisi Cey Di Vensin danışıqlardan çıxmaq ehtimalı ilə bağlı sözlərini Vaşinqtonun ultimatumu kimi görmədiklərini də vurğulayıb.
Sonda D.Peskov Rusiyanın hələ də Avropa sülhməramlılarının Ukraynada yerləşdirilməsinə qarşı olduğunu bir daha bəyan edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
