Pleyeri seçin:
Pezeşkian ABŞ rəsmiləri ilə görüşəcək? - Elə proseslər baş verir ki...
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian sentyabrın 23-də BMT-nin illik toplantısında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.
Bununla bağlı Prezident Aparatının Əlaqələr və informasiya məsələləri üzrə müavini Seyid Mehdi Təbatəbai məlumat verib.
Onun sözlərinə görə, Prezidentin səfər çərçivəsində Amerika rəsmiləri ilə görüşüb-görüşməyəcəyi barədə dəqiq qərar yoxdur:
“Düşünürəm ki, cənab Prezidentin BMT-yə səfəri sentyabrın 23-də baş tutacaq. Lakin istər ölkədə, istərsə də diplomatiya sahəsində proseslərin tempi çox sürətlidir, buna görə də bu suala dəqiq cavab verə bilmirəm”.
Təbatəbai əlavə edib ki, Pezeşkianın Avropa liderləri ilə görüş keçirməsi gözlənilir və bu məsələdə heç bir məhdudiyyət yoxdur.
Kopyalandı
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
