Pezeşkian açıqlama verdi | "Danışıqların necə aparılmalı olduğunu deyib" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"İranın mərhum ali rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb".
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"12 günlük müharibə zamanı mən həlak olan liderin yanında xidmət edirdim və o, danışıqların necə aparılmalı olduğunu deyib", – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, Əli Xamenei ABŞ ilə danışıqların aparılmalı olduğunu qabardıb. Lakin indi bəziləri danışıqlara ehtiyac olmadığını təbliğ edir.
Bu arada, Məsud Pezeşkian ölkədə internetin beynəlxalq şəbəkəyə çıxışının bərpası ilə bağlı qərarı təsdiqləyib. Qərar icrası üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə göndərilib.
ABŞ və İsrailin hücumlarının başladığı fevralın 28-dən etibarən İranda beynəlxalq internetə çıxış tamamilə bloklanmışdı. İnternet məhdudiyyətlərinin tətbiq olunduğu ölkədə hökumət beynəlxalq şəbəkəyə məhdud çıxış imkanı verən "Ağ SİM Kart" proqramını istifadəyə vermişdi. Bu xidmətdən yalnız xarici missiya rəhbərləri, diplomatlar, siyasətçilər, bəzi jurnalistlər, tanınmış şəxslər və sənətçilər yararlana bilirdi. Hazırda ölkədə sıravi vətəndaşlar üçün adi internet bağlantısı əsasən VPN proqramları vasitəsilə mümkün olur.
#Seyid Əli Xamenei teqi istifadə olunub
- "Onun əlindən tutub irəlilədim" | Əraqçi ABŞ-nin hücumundan necə xilas olduğunu danışdı - Baku TV
- Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatdı - Baku TV
- Dünya mətbuatı Xamenei ilə vida mərasimində diqqət çəkən detalları yazır - Baku TV
- Xamenei ilə milyonların son görüşü | Vida mərasimində izdiham - Baku TV
- İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
