Pezeşkiandan bu xalqlara mühüm mesaj | “Ədalətə riayət etməliyik...”
Yeniliklərdən dərhal xəbərdar olun
“Kürdlərə, lorlara, giləklərə, türklərə, ərəblərə – bu ölkədə yaşayan hər kəsə qardaşlıqla yanaşsaq, misilsiz birlik yaranar”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İnsanlara qardaşlıq münasibətinin nəticəsi misilsiz birlikdir. Cəmiyyət daxilində ədalətə riayət etməliyik. Davranışımızda ədaləti müşahidə edə bilsək, cəmiyyətə xidmətdə çox təsirli ola bilərik. Bizim hökumət olaraq vəzifəmiz xeyirxahlıqdır və xalqa xidmət etməli olduğumuza daxildən inanmaqdır. Bizim başqa vəzifəmiz yoxdur. Bacardığımız qədər xalqa xidmət etsək, xalq işlərindəki düyünləri birliklə açmağa çalışsaq, problemlər həllini tapar. İnsanlara şiddət və pis rəftar etməməliyik.
İnsanlar bizimlə din baxımından qardaşdır, bərabərdir, biz bir yaradılmışıq. Əgər biz insanlarla belə davransaq, bu ölkədə yaşayan hər kəsə – kürdlərə, lorlara, giləklərə, türklərə, ərəblərə qardaşlıqla yanaşsaq, misilsiz bir birlik yaranar”, – Prezident qeyd edib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
