Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Məhəmməd Baqer Zülqədr İran Prezidenti Məsud Pezeşkianın fərmanı ilə Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
Bu barədə İran Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Məhəmməd Mehdi Təbatəbai məlumat verib.
“Ali Rəhbərin təsdiqi və Prezidentin fərmanı ilə Məhəmməd Baqer Zülqədr Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib”, – deyə o bildirib.
Məlumata görə, o, əvvəllər SEPAH komandirlərindən olub. Habelə Silahlı Qüvvələrin Baş Qərargahının “Bəsic” üzrə keçmiş müavini, 2012-2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani martın 17-də İsrailin Tehrana hava hücumu zamanı öldürülüb.
#İran Ali Milli Təhlükəsizlik Şurası teqi istifadə olunub
- Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
- Tehran Vaşinqtona növbəti dəfə meydan oxudu - Baku TV
- "İstənilən neft ixrac marşrutuna hücuma hazırıq" | İrandan sərt xəbərdarlıq
