Pezeşkianın maşınına su qarışmış benzin vurulub? - İranı çalxalayan xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkianın maşınına su qarışmış benzin vurulması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bunu İran Yanacaqdoldurma Məntəqələri Birliyinin sözçüsü Rza Nəvaz deyib.
"Aparılan araşdırmadan sonra yanacaqdoldurma məntəqəsində 1000-dən çox avtomobilə yanacaq doldurulub və həmin avtomobillərin sahibləri tərəfindən heç bir şikayət daxil olmayıb", – o əlavə edib.
Rza Nəvaz Prezidentin Təbrizə taksi ilə getməsinin başqa səbəblərinin ola biləcəyini vurğulayıb:
"Prezident karvanında olan hər üç avtomobilin xarab olması iddiası doğrudursa, məsələyə texniki və təhlükəsizlik məsələləri də daxil olmaqla başqa aspektlərdən də baxmaq lazımdır, bunu benzinlə əlaqələndirmək absurddur".
Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlara görə, Məsud Pezeşkianın Təbrizə qeyri-rəsmi səfəri zamanı onu və mühafizəçilərini aparan üç avtomobil benzinə su qarışdırılması səbəbindən Qəzvin əyalətində yarı yolda xarab olub və hökumət başçısı yolun qalan hissəsini taksi ilə gedib.
#İran teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
