Pişiklər nə vaxt və haradan gəlib? - Dördayaqlıların sirli səfəri
Yeniliklərdən dərhal xəbərdar olun
Çində ev pişiklərinin peyda olması indiyədək sirr olaraq qalır.
İlk ev pişikləri Çində təxminən 1400 il əvvəl qədim pişik DNT-sinin təhlilinə əsasən, məşhur İpək Yolu ticarət marşrutu boyunca meydana çıxıb.
Yeni araşdırmaya görə, Şərqi Asiyada ev pişiklərinin peyda olması əvvəlki təxminlərdən bir neçə yüz il sonraya təsadüf edir.
Tədqiqatın həmmüəllifi Şu-Jin Luonun sözlərinə görə, təxminən eramızın 600-cü ilində tacirlər və diplomatlar ev pişiklərini Çinə əvvəlcə Aralıq dənizinin şərqindən, Orta Asiyadan kiçik qutularda və qəfəslərdə daşıyıblar.
Qeyd edib ki, dördayaqlıların gizli davranışı, yəni uzaqlıq və sevgi arasında bir-birini əvəz edən sirli hərəkətləri onlara marağı daha da artırıb. Pişiklərin əhliləşdirilməsi isə Çində eramızdan əvvəl 206-210-cu illər arasında Han sülaləsi dövründə baş verildiyinə inanılır. Eramızın 220-ci ilinə qədər həmin dövrün ev pişiklərinin arxeoloji qalıqları olmadığı üçün bu versiya hələ ki sual doğurur.
DNT analizi göstərib ki, Çində ilk ev pişikləri böyük ehtimalla ağ rəngdə olub və ya ağ ləkələri olan pələng zolaqlarında görünüblər.
Çində pişiklərin populyarlığı ildən-ilə artıb və nəticədə onlar çinlilərin xalq dininə daxil edilib. Qədim çinlilər pişik evə girəndə xüsusi mərasimlər keçirib, onu adi ev heyvanı kimi deyil, fəxri qonaq kimi qarşılayıblar.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
