PKK-ya qarşı genişmiqyaslı əməliyyat başlayır
Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunun 9 məhəlləsində komendant saatı elan edilib. Buna səbəb bölgədə PKK-ya qarşı keçirilən əməliyyatdır.
Bu barədə Mardin vilayətinin rəhbərliyindən açıqlama verilib. Qeyd edilib ki, mayın 2-si gecə saat 04:00-dan etibarən əməliyyatlar başa çatana qədər Nusaybin rayonunun Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol və Güneli məhəllələrinin sakinlərinə küçəyə çıxmaq qadağan olunub.
Məlumata görə, əməliyyat zamanı terror təşkilatı tərəfindən istifadə edildiyi düşünülən sığınacaq, bunker, anbar sahələri və hava hücumundan müdafiə mövqelərinin aşkarlanaraq məhv edilməsi nəzərdə tutulur. Eyni zamanda vətəndaşlara öz təhlükəsizlikləri baxımından müvəqqəti qadağaya əməl etmələri tövsiyə olunub.
#Türkiyə teqi istifadə olunub
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
- Türkiyə gələn il Aya göndərəcəyi ilk kosmik aparatla elmi tədqiqatlar aparacaq
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
- Ankara-Vaşinqton xəttində yeni dövr | ABŞ Türkiyəni əsas tərəfdaşa çevirir? - Baku TV
