Pleyeri seçin:

Polşa Prezidentinin "MiQ-29" planlarından xəbərsiz qalması qalmaqal yaradıb

11 dekabr 2025 526 baxış

Polşa Prezidenti Karol Navrotski ölkənin “MiQ-29” təyyarələrinin Ukraynaya verilməsi planlarından xəbərsiz olub.

Polşa Silahlı Qüvvələrinin Ukraynaya “MiQ-29” qırıcılarını vermək planından Prezident Karol Navrotskinin xəbərsiz qalması dövlət strukturlarında koordinasiya çatışmazlığını göstərir.

Bu barədə Prezidentin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşıdaç açıqlama verib.

M.Pşıdaç bildirib: “Hökumət nümayəndələrinin və yüksəkrütbəli zabitlərin bu istiqamətdə konkret planlar barədə açıqlamalarını müəyyən təəccüblə və maraqla qarşılayırıq”.

O xatırladıb ki, ölkənin baş komandanı prezident belə qərarların müzakirəsində mütləq iştirak etməlidir:

“Təəssüf hissi ilə qeyd edirəm ki, Prezident məlumatlandırılmayıb. Bu, hökumətin qeyri-peşəkarlığının göstəricisidir”.

M.Pşıdaç əlavə edib ki, Prezidentlə məsləhətləşmələrin aparılmaması xoş niyyətin olmamasına və Prezidentin dövlət üçün vacib məlumatlardan kənarda saxlanılmasına cəhd kimi qiymətləndirilə bilər.

Bundan əvvəl Polşa Ordusunun Baş Qərargahı bəyan etmişdi ki, Varşava xidmətdən çıxarılan “MiQ-29” qırıcılarını Ukraynaya verməyə hazırdır. Qeyd olunmuşdu ki, təyyarələr artıq öz resursunu tükədib. Onların modernləşdirilməsi perspektivi yoxdur.

Polşa “MiQ-29”ları mərhələli şəkildə “F-16” və “FA-50” qırıcıları ilə əvəzləməyi planlaşdırır. Məlumatlara görə, plan Ukraynanın raket və PUA texnologiyaları ilə bağlı əvəzlənmə mexanizmini də əhatə edir.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 526 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 526 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 526 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 526 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 526 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 526 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 526 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 526 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 526 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 526 baxış
Seçilmişlər
icon