Polşanın Baş nazirindən Ukrayna ilə bağlı vacib paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
Qarşıdakı həftələr Ukraynadakı münaqişə və Qərbin gələcəyi üçün həlledici olacaq.
Bu barədə Polşanın Baş naziri Donald Tusk özünün “X” hesabında yazıb.
“Növbəti həftələr təkcə Ukraynadakı müharibə üçün deyil, həm də gələcəyimiz üçün həlledici olacaq”, – deyə o paylaşım edib.
Bundan əlavə, Polşa hökumətinin başçısı Qərb ölkələrini Rusiya rəhbərliyi ilə telefon diplomatiyası qurmağa cəhd etdiklərinə görə tənqid edib.
“Bu danışıqlar Ukraynaya Qərbin real dəstəyini əvəz edə bilməz”, – deyə Donald Tusk bildirib.
Qeyd edək ki, Kremlin Mətbuat Xidmətinin verdiyi məlumata görə, Almaniya kansleri Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında noyabrın 15-də Almaniya tərəfinin təşəbbüsü ilə telefon danışığı baş tutub.
#Donald Tusk teqi istifadə olunub
- Sui-qəsd planlaşdırmaqda şübhəli bilinən şəxs saxlanıldı
- Polşa Rusiyanın bütün regionda mümkün eskalasiya planından narahat olduğunu bildirdi - Baku TV
- "Növbəti 100 gün həledici ola bilər" | Donald Tusk
- "İstəklilər koalisiyası" Rusiyanın mümkün eskalasiyasına hazırlaşır
- Tusk Zelenskinin qərarını "lazımsız" adlandırdı
