Polşanın hərbi planında əsas hədəf nədir? | Avropada yeni hərbi güc mərkəzi yaranır? - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
“Hərbi xronika”nın budəfəki buraxılışında Polşanın hərbi transformasiyası, sürətlə genişlənən silahlanma proqramı, yerli müdafiə sənayesinin gücləndirilməsi və mümkün uzunmüddətli müharibəyə hazırlıq strategiyası təhlil olunub.
Bildirilib ki, Polşa Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı artıq 220 mini keçib. Varşava Avropanın ən böyük quru ordusunu qurmağı hədəfləyir. 2026-cı ildə müdafiəyə təxminən 54 milyard dollar, yəni NATO metodologiyasına görə ÜDM-in 4,68 faizi həcmində vəsait ayrılıb.
Qeyd olunub ki, 2022-ci ildən sonra silahlanma tempi kəskin artıb. ABŞ-dən “Abrams”, “F-35”, “Patriot” və “Apache” sistemləri ilə yanaşı, Cənubi Koreyadan “K2” tankları, “K9” haubitsaları, “FA-50” təyyarələri və “K239 Chunmoo” bazasında “Homar-K” sistemləri alınıb. Məqsəd təkcə arsenaldakı boşluqları doldurmaq deyil, həm də bu texnikanın uzunmüddətli istismarı üçün yerli istehsal və texniki xidmət imkanları yaratmaqdır.
Vurğulanıb ki, “K2” proqramında Polşa istehsalının genişləndirilməsi, “Homar-K” sistemlərinin yerli şassilərlə inteqrasiyası və 155 millimetrlik artilleriya sursatının istehsal gücünün artırılması Varşavanın əsas prioritetlərindəndir. Avropa İttifaqının SAFE proqramı çərçivəsində ayrılan 43,7 milyard avrodan çox güzəştli kredit də Polşa ordusunun silahlanması ilə yanaşı, yerli müdafiə sənayesinin inkişafına yönəldilir.
#Polşa teqi istifadə olunub
- Sərhəddə əməliyyat, paytaxtda siyasi böhran - Polşada nə baş verir? - Baku TV
- Polşada daxili gərginlik
- Millətçilik və parçalanma dalğası yüksəlir | Polşada nələr baş verir?
- Polşada siyasi qarşıdurma pik həddə: Prezident və hökumət arasında nələr baş verir? - Baku TV
- Polşa Prezidentini binaya buraxmadılar | Ölkədə çevriliş cəhdinin səbəbi nədir? - Baku TV
