Pleyeri seçin:

Priqojini Ukrayna, yoxsa Rusiya öldürtdürüb?

25 avqust 2023 83 baxış

“Ukrayna hakimiyyəti Priqojini öldürərək müstəqillik gününə özünə hədiyyə etdi”.

Bu sözləri Baku TV-yə açıqlamasında rusiyalı politoloq Sergey Markov “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ölümündən danşarkən deyib.

Onun sözlərinə görə, Priqojinin ölümünün səbəblərini araşdıran ABŞ bu işdə Rusiyanı, birbaşa Vladimir Putini günahlandırır. Lakin Priqojin Rusiya və Putin üçün təhlükə yaratmadığına görə onu öldürmək Rusiyaya lazım deyildi.

“Vaqner” hərbçilərinin cəmi 10 faizini ruslar təşkil edir. Ölkəmiz tərəfindən onlara silah-sursat da verilmir. Belə vəziyyətdə hansı təhlükədən danışmaq olar?”, – deyə politoloq bildirib.

S.Markov qeyd edib ki, Priqojin qaldırdığı qiyama görə Rusiya Prezidentindən dəfələrlə üzr istəyib:

“Lakin məlum səhvindən sonra dövlətin onun təhlükəsizliyi üçün ayırdığı mühafizəni itirdi. Bu səbəbdən Ukrayna “Vaqner” rəhbərini aradan götürə bildi. Təyyarə qəzasında bizi ittiham edənlər anlamırlar ki, bizə Priqojini öldürmək lazım olsaydı, onun özünü güllələyərdik. Rusiya səmasında digər insanların da olduğu təyyarəni partlatmazdıq”.

Məsələni Baku TV-yə şərh edən ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko isə bildirib ki, Priqojinin ölümü Ukraynaya lazım deyildi və ölkəsi “Vaqner”in məhv edilməsi uğrunda deyil, qələbə uğrunda mübarizə aparır.

“Ukrayna bütün hərbi cinayətkarların ədalətli mühakimə olunmasını istəyib. Söhbət Yevgeni Priqojinlə yanaşı, Dmitri Utkin, Sergey Şoyqu, Valeri Gerasimov, Putin, Lavrov və digər hərbi cinayətkarlardan gedir. Rusiya mətbuatı yazır ki, guya Priqojinin ölümündə Ukraynanın əli var. Mən belə xəbərləri görəndə sadəcə gülürəm. Priqojin Rusiyada qaldırdığı qiyamdan qısa zaman sonra öldürülür. Bu nə deməkdir? Yevgeni etdiklərinin bədəlini həyatı ilə ödədi. Çünki Putin belə səhvləri bağışlamır.

Gəlin faktlarla danışaq. Tver vilayətində hansı Ukrayna izindən söhbət gedə bilər? Priqojinin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması ilə bağlı kifayət qədər videogörüntülər gördük. Hadisənin şahidləri də hadisədən öncə eşidilən atəş səslərindən danışıblar. Moskva vilayətinin ərazisində S-300 və S-400 zenit raket kompleksləri var. Priqojinin təyyarəsinin məhv edilməsi yalnız bu zenit raket kompleksləri sayəsində mümkün olub. Bu məsələnin Ukraynaya nə aiddiyyəti var? Rusiya tərəfi dərk etməlidir ki, budəfəki təmizləmə prosesi fərqli olub. Çünki Priqojin onların düşündükləri kimi balaca insan olmayıb”, – deyə o əlavə edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 83 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 83 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 83 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 83 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 83 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 83 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 83 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 83 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 83 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 83 baxış
Seçilmişlər
icon