Priqojinin olduğu təyyarənin vurulması dünya mediasında
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Tver vilayətində göyərtəsində “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin vurulması xəbəri dünya mediasını və aparıcı xəbər kanallarının başlıqlarını zəbt edib.
Fransanın “Le Figaro” nəşri qəzaya toxunub və Vladimir Putinin üsyan zamanı Yevgeni Priqojinin adını çəkmədən onun xain olduğunu yazıb. “The Telegraph” qəzeti isə qəzada ölən şəxslərin DNT analizləri vasitəsilə kimliklərinin müəyyən olunacağını qeyd edib.
BBC VƏ CNN təyyarənin yarım saatdan az vaxt havada qaldığını, daha sonra isə qəzaya uğradığını qeyd edib. Ukrayna mediası isə qəzada rəsmi Moskvanın əlinin olduğunu iddia edib. Türkiyənin “Haber Global” kanalı da qəzanı gündəmə gətirib və canlı efirdə şərh edərək bunun sui-qəsdmi, yoxsa qəzamı olduğunu müzakirə edib.
Qeyd edək ki, Y.Priqojin bir müddət əvvəl Rusiyada hərbi çevrilişə cəhd edib. O daha sonra bu cəhdə baxmayaraq, Rusiya Prezidenti V.Putin tərəfindən məhkəməyə çıxarılmadan əfv edilmişdi.
#Yevgeni Priqojin teqi istifadə olunub
- Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Priqojinin ölmədiyini iddia edən Budanov daha nələr dedi?
- Priqojinin öldüyünə dair sübut yoxdur | Budanovdan qalmaqallı açıqlama
