Priqojinin oxşarına aid sənəd tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Yevgeni Priqojinin iyun iğtişaşından sonra Rusiya müstəntiqləri onun evində axtarış apararkən “Vaqner” rəhbərinin adından uçuş həyata keçirə biləcək oxşarının olduğunu təsdiqləyən sənədlər aşkarlamışdılar.
Bu barədə “The Guardian” məlumat yayıb. Bildirilib ki, sənədlərdə bütün şəxsi məlumatlar Y.Priqojinin idi, yalnız fotodan başqa.
Bundan çıxış edən “The New York Times” isə Y.Priqojinin uçuş zamanı iz itirmək üçün oxşarından istifadə edə biləcəyinə diqqət çəkib.
Qiyam zamanı Y.Priqojinin evindən çıxan “oxşarının sənədinin” görüntüsü də yayılıb.
Qeyd edək ki, 23 avqustda Y.Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Y.Priqojin də daxil olmaqla, göyərtədə olan 10 nəfərin hamısı ölüb.
#Yevgeni Priqojin teqi istifadə olunub
- Milyardlıq aviasiya qalmaqalını Priqojin ilə nə bağlayır? | Rusiya DİN və FTX hərəkətə keçdi
- Yevgeni Priqojinin sağ olduğu ilə bağlı iddialar yayıldı
- Putin Priqojının ruhunu şad etdi | Rusiya Afrikada nə etməyə çalışır?
- Priqojinin ölmədiyini iddia edən Budanov daha nələr dedi?
- Priqojinin öldüyünə dair sübut yoxdur | Budanovdan qalmaqallı açıqlama
