Protemnodonları məhv edən səbəblər | Tədqiqatçılardan şoka salan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyalı alimlər Yer üzərində yaşamış ən iri kenquru növlərindən biri olan, çəkisi 170 kiloqrama çatan protemnodonların nə üçün yoxa çıxdığını müəyyən ediblər.
Hesab olunur ki, bu nəhəng torbaçı heyvanlar təbii mühitlərində baş verən kəskin iqlim dəyişikliyi nəticəsində məhv olublar.
Tədqiqatçılar izotop analizi üsulundan istifadə edərək bu kenguruların dişlərinin kimyəvi tərkibini ərazidəki süxur nümunələri ilə müqayisə ediblər.
Araşdırma göstərib ki, protemnodonlar əsasən Şərqi Avstraliyanın tropik meşəliklərində məskunlaşıb və oturaq həyat tərzi sürüblər. Lakin təqribən 300 min il əvvəl iqlimin kəskin şəkildə qurulaşması bu heyvanların geniş miqyasda miqrasiya edə bilməməsi ilə nəticələnib və bu da onların yox olmasına səbəb olub.
Tədqiqat həmçinin Avstraliyanın digər nəhəng məxluqları ‒ iki tonluq vombatlar və yırtıcı varanların da aqibətinə işıq salır.
#Avstraliya teqi istifadə olunub
- Alimlər qlobal fəlakətdən sonra ən dayanıqlı ölkəni seçdi
- Avstraliyada bu virusa görə ilk kütləvi ölüm qeydə alındı
- Avstraliyada aparılan testlər və genetik analizlər müsbət çıxıb
- Yeni tikiləcək zavod yanacaq təminatını gücləndirə bilər
- Azyaşlılara sosial şəbəkə imkanı yaradanlar 68 milyon dollar cərimə ediləcəklər
