PUA və raket hücumları Ukraynada əsl faciəyə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 17-si axşam saatlarında Rusiya Silahlı Qüvvələri Xarkovda çoxmərtəbəli yaşayış binasına zərbələr endirib.
Nəticədə beş nəfər həlak olub. Onların arasında 2 uşaq da var. 30 nəfər isə xəsarət alıb.
Bu barədə Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb. Baş vermiş hadisə ilə əlaqədar ölkədə matəm elan edilib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, beş nəfər itkin düşmüş hesab olunur. “İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər”, – deyə o qeyd edib.
Bundan başqa, Sumı, Dnepropetrovsk, Çerniqov vilayətləri, Odessa şəhəri PUA və raket hücumlarına məruz qalıb.
Bu arada, avqustun 15-də Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Rusiya KİV-i xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb.
“Şilov rayonunda baş verən fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 nəfər xəsarət alıb, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarında stasionar, 103 nəfər isə ambulator müalicə alır”, – məlumatda bildirilib.
#Hava hücumu teqi istifadə olunub
- Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü
- Rusiya raketlərlə hücuma keçdi | Xeyli insan dağıntıların altında qalıb? - Baku TV CANLI
- Xarkova yeni zərbə endirildi | Hücumda xeyli sayda ölən və yaralanan var - Baku TV
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
