Putin də masaya oturacaq? - Tramp-Zelenski görüşü elə nəticələnəcək ki...
Yeniliklərdən dərhal xəbərdar olun
“Bazar ertəsi ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə keçirəcəyi görüş mütləq şəkildə Rusiya ilə üçtərəfli sammitin keçirilməsi ilə nəticələnməyə bilər”.
Bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbəyə istinadən məlumat verib.
“ABŞ bu həftənin sonunda Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli görüşün keçirilməsinə ümid edir. Lakin Ağ Ev bazar ertəsi keçiriləcək görüşün mütləq bu nəticəyə gətirib çıxaracağını gözləmir”, ‒ deyə Ağ Ev rəsmisi bildirib.
“The Washington Post” qəzeti əlavə olaraq bildirib ki, iki ölkə arasında olan təhlükəsizlik zəmanətlərinin hazırlanması çox vaxt tələb edə bilər.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
