Putin Ermənistanın bu hərəkətini bağışlamayacaq | Lavrovdan açıq mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Moskvada xarici dövlətlərin Moskvadakı səfirləri ilə görüşündə Ermənistana xəbərdarlıq edib.
Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, görüşdə Avrasiya regionunda təhlükəsizlik məsələləri müzakirə olunub:
“Görüşdə Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan da iştirak edib. Rusiya Xarici İşlər Nazirliyi Lavrovun iclas iştirakçılarının diqqətini NATO ölkələrinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli addımlarına, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhdidlərə yönəltdiyini bildirib.
Məlumata görə, Lavrov sərt şəkildə xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsindən istifadə edərək Qərbin təsir dairəsini Rusiyaya qarşı tarazlıq kimi genişləndirən bəzi region ölkələri ilə məşğul olacaqlar.
O, Ermənistanı xüsusi vurğulayıb. Maraqlıdır ki, Ermənistan səfirliyinin saytında hələ də həmin görüşlə bağlı məlumat yoxdur”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
