Putin görüşə gəlməkdən imtina etdi | Trampın bəhanəsi görün nə oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı məyus etməkdə davam edir. Bunu Rusiya liderinin mayın 15-də İstanbulda mümkün görüşə gəlməməsi sübut edir.
Bu barədə “The Wall Street Journal” yazır.
ABŞ Prezidenti rusiyalı həmkarının danışıqlarda iştirak etməməsini onunla əsaslandırmağa çalışıb ki, guya o, İstanbula gəlsəydi, V.Putin də gələcəkdi. Ardınca deyib ki, V.Putinlə o görüşməyənə qədər heç nə olmayacaq.
“The Wall Street Journal” qeyd edir ki, İstanbulda görüşün təşəbbüskarı V.Putin olub, D.Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən onunla razılaşmağı istəyib. Amerika nəşrinin fikrincə, V.Putinin gəlməkdən imtina etməsi onun müharibəni bitirməkdə ciddi olmadığının daha bir sübutudur:
“Rusiya lideri sülhdə maraqlı deyil, çünki Ukraynanın yeni ərazilərini işğal edəcəyinə ümid edir, həm də bilir ki, Ukrayna bir neçə həftəyə ABŞ-dən aldığı sursatları tükəndirəcək. V.Putin hərbi əməliyyatları davam etdirərkən sülhdən nə qədər çox danışırsa, D.Tramp bir o qədər pis görünür, bu onu Kremlə yalvaran biri kimi göstərir”.
“The Wall Street Journal” yazır ki, sülhə aparan ən yaxşı yol Moskvaya təzyiqin artırılması, o cümlədən ABŞ-nin Rusiya neftini alan ölkələrə qarşı ikincidərəcəli sanksiyaları ola bilər.
ABŞ Maliyyə Nazirliyinin keçmiş baş iqtisadçısı Erik van Nostrand hesab edir ki, Rusiya neftinin dörddəbirinin bazardan çıxarılması Kremlin neft gəlirlərini 20 faiz azaldacaq.
Nəşrin yazdığına görə, V.Putindən məyus olan D.Tramp Ukraynaya hərbi yardımı dəstəkləyə və artıra bilər.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
