Pleyeri seçin:
Putin Kremldə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin aprelin 25-i Kremldə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu qəbul edib.
Maraq doğuran məqam isə ondan ibarətdir ki, tərəflər görüşə ingilis dilində salamlaşma ilə başlayıblar.
Daha sonra onlar söhbət etmək üçün masa arxasına keçiblər.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı açıqlamasında bildirib ki, danışıqların əsas mövzusu Ukrayna problemidir.
Qeyd edək ki, son iki həftə ərzində bu, Vladimir Putinlə Stiven Uitkoffun ikinci görüşüdür. İlin əvvəlindən bəri isə siyasətçilər 4-cü dəfə müzakirə aparırlar. Bundan öncəki görüş aprelin 11-i Sankt-Peterburqda baş tutub və 4 saatdan çox davam edib.
Kopyalandı
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
