Putin məqsədinə çatdı? | Ukrayna-Rusiya müharibəsindən mühüm xəbər
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb siyasətçiləri Rusiya Prezidenti Vladimir Putinin əhvalının nəzərəçarpacaq dərəcədə pozitivləşdiyini müşahidə ediblər.
Bu barədə Britaniyanın “Quardian” qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Rusiya liderinin nikbinliyinin artmasının səbəbi Vaşinqtonun Kiyevə bir neçə milyardlıq hərbi yardımının dayandırılması ilə əlaqədardır:
“Qərb rəsmiləri hesab edir ki, Rusiya Prezidenti ABŞ-nin Ukraynaya daha 60 milyard dollarlıq hərbi yardım göstərməməsindən ruhlanıb, bir il əvvəllə müqayisədə daha optimistdir”.
Britaniyalı jurnalistlər onu da qeyd edirlər ki, Vladimir Putin Rusiya ordusunun son uğurlarını, xüsusən də Avdeyevka şəhərinin ələ keçirilməsini müsbət qiymətləndirir. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli perspektivləri qeyri-müəyyən olaraq qalır.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
