Pleyeri seçin:
Putin prezident seçkilərində Kadırovu dəstəklədiyini ifadə etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan sakinlərinin sentyabrda keçiriləcək prezident seçkilərində Ramzan Kadırovu bir daha dəstəkləyəcəyinə ümidini ifadə edib.
Bunu Putin Kremldə Kadırovla görüşündə bildirib.
“Növbəti seçki dövrü tezliklə gəlir. Ümid edirəm ki, respublika sakinləri sizi dəstəkləyəcəklər”, – deyə Putin bildirib.
O qeyd edib ki, Kadırovun rəhbərliyi altında respublikada çox şey əldə edilib.
Kadırov isə Putinə təşəkkür edib: "Səni məyus etməyəcəyik. Əgər icazə versən, xalq məni seçsə, mən sənə piyada əsgər kimi xidmət etməyə davam edəcəyəm və səni heç vaxt məyus etməyəcəyəm", – deyə Çeçenistan rəhbəri bildirib.
"Bilirəm, Ramzan. Sənə uğurlar. Uğurlar!", – deyə Putin cavab verib.
Kopyalandı
#Ramzan Kadırov teqi istifadə olunub
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Kadırovdan seçki ilə bağlı açıqlama
- “Kadırovdan sonrakı dövr” hazırlığı - Kreml varis kimi onu görür
