Putin qərarını verdi: Ukrayna üçün ən həssas mərhələ yaxınlaşır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynaya qarşı daha güclü zərbələr endirməyə hazırlaşır. Kreml hesab edir ki, sülh danışıqları dalana dirənib.
"Bloomberg" üç mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Rusiya hazırda Kiyevə, o cümlədən paytaxtın mərkəzinə ballistik raketlərlə zərbələrin gücləndirilməsi, eləcə də Ukraynanın digər şəhərlərində infrastruktur obyektlərinin hədəfə alınması imkanını nəzərdən keçirir.
Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin iqtisadi sanksiyaların, eləcə də Ukraynanın Rusiyadakı neft emalı zavodlarına və logistika şəbəkələrinə zərbələrinin təsiri altında müharibəni dayandırmayacaq.
Qeyd edilib ki, Moskva Ukraynanın hücumlarını daha çox NATO ölkələrinin hücumları kimi qiymətləndirməyə başlayıb. Buna səbəb kimi Alyans üzvlərinin Ukraynaya silah və kəşfiyyat məlumatları təqdim etməsi göstərilir. Bununla belə, mənbələr hazırkı hərbi əməliyyat mərhələsinin hələ eskalasiyanın pik nöqtəsi olmadığını bildiriblər.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
- Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI
- Ukraynalılardan Qərbin yeni vədinə reaksiya - Baku TV
